İrakli Chikovani - Gürcüstanın namizəd statusu alması üçün biz hər şeyə sahibik
Müxalifət və onların telekanalları Gürcüstanın tövsiyələrin heç birini yerinə yetirmədiyi haqda spekuliyasiya etmələri təəssüflü faktdır. Hətta Avropa İttifaqının öz qiymətləndirmələrində də kiminsə əməl etməməsi faktı qeyd olunmur, – parlament çoxluğunun üzvü İrakli Chikovani jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, Avropa İttifaqının qiymətləndirmələri Gürcüstanın tərəqqisindən və üzərində fəal işlənən konkret detallardan danışır.
“Çox irəliləyiş əldə etdiyimiz deyilir, lakin müvafiq cavab tələb edən konkret detallar var. Bilirsiniz ki, cəmi bir neçə həftə əvvəl cənab Borrell burada idi. Bu, çox mühüm görüş idi və rəsmi görüşdən başqa, əməkdaşlığımızda çox vacib bir iş mərhələsi idi, burada qəbul etməli olduğumuz, dəqiqləşdirməli olduğumuz qərarları əlaqələndirdik və bu proses davam edir. Gürcüstan parlamentində çox mühüm qanunvericilik dəyişikliklərinə başlanılıb, deoliqarxizasiya ilə bağlı mühüm tədbirlər planı təklif olunub. Bundan irəli gələrək, biz hər şeyə sahibik ki, Gürcüstan oktyabrın sonunda namizəd statusunu alsın”, – deyə İrakli Chikovani bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev