İrakli Beraya - təhlükəsizlik xidməti Gürcüstanı, onun vətəndaşlarını hər cür terror fəaliyyətindən qorumaqda uğurla davam edir, Gürcüstanın təhlükəsizliyi etibarlı insanların əlindədir
İrakli Beraya - təhlükəsizlik xidməti Gürcüstanı, onun vətəndaşlarını hər cür terror fəaliyyətindən qorumaqda uğurla davam edir, Gürcüstanın təhlükəsizliyi etibarlı insanların əlindədir

Təhlükəsizlik Xidməti Gürcüstanı və onun vətəndaşlarını hər cür terror fəaliyyətindən qorumaqda uğurla davam edir, – bu barədə parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraya sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, Gürcüstanın təhlükəsizliyi etibarlı insanların əlindədir.

“Daha bir zərərsizləşdirilən təhlükə və cinayətin qarşısı alındı.
İki əcnəbi vətəndaşın həbsi bir daha beynəlxalq tərəfdaşlarımızın DTX və onun koordinasiyalı antiterror səyləri ilə bağlı vurğuladıqlarını təsdiqləyir – təhlükəsizlik xidməti lazımi səviyyədə təlim keçmiş və təchiz olunmuşdur və terror təhlükələri ilə yüksək effektiv mübarizə aparır.

Bu təsirli addımların arxasında təhlükəli və ya diqqət çəkən heç bir şeyi əldən verməyən layiqli mütəxəssislər dayanır. Onlara böyük dəstəyim və hörmətim var. Gürcüstanın təhlükəsizliyi etibarlı insanların əlindədir”, – Beraya yazıb.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Gürcüstanın dövlət sərhədindən qanunsuz olaraq miqrant keçirmək faktı ilə bağlı iki xarici ölkə vətəndaşını həbs edib.