Gürcüstanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Berayanın başçılıq etdiyi Parlament nümayəndə heyəti Rumıniyanın baş naziri, Nikolae Çiuka ilə görüş keçidi.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında partnyorluq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, bunun Qara dəniz bölgəsi və Avroatlantik təhlükəsizliyinə təsiri müzakirə edildi.
“Rumıniyanın baş naziri Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, NATO və Avropa İttifaqına inteqrasiyasına güclü dəstəyini vurğuladı. Görüşdə iki dövlət arasında partnyorluğun daha da möhkəmləndirilməsi və dərinləşdirilməsinin vacibliyi də qeyd olundu.
Görüşdə gürcü tərəfdən Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Vladimir Çaçibaya, Xarici Əlaqələr Komitəsinin sədr müavini Davit Zilpimiani, Gürcüstanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Nikolozişvili iştirak edirdilər”, – Parlamentin mətbuat xidmətinin məlumatında deyilir.