İrakli Beraya - Gürcüstan, Qara dəniz regionunun əsas ölkəsi kimi NATO-nun daha güclü diqqətinə ehtiyyac duyur, yeganə düzgün yol Gürcüstanın NATO-ya inteqrasiyasıdır
Bu, Alyansın regionda aktiv olmasına ehtiyac və zərurətin artdığının daha bir əyani nümunəsidir, – Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraya işğalı altında olan Abxaziyada, Ochamchiredə hərbi-dəniz qüvvələrinin bazalarının yeni daimi məntəqəsinin yaradılması məsələsindən danışarkən deyib.
Onun sözlərinə görə, Gürcüstan Qara dəniz regionunda əsas ölkə kimi Alyans tərəfindən diqqətin artırılmasına və gücləndirilməsinə ehtiyac duyur.
“Bu, işğalın ən ağır nəticələrindən biridir və işğalı müşayiət edən proseslərin ən ağır təzahürlərindən biridir ki, bu da təkcə Qara dəniz regionunda deyil, ondan kənarda da təhlükəsizlik mühitini xeyli pisləşdirir. Bu, regionda Alyansın fəaliyyətinə ehtiyacın və zərurətin artdığının daha bir bariz nümunəsidir. Avro-Atlantik məkanın təhlükəsizliyini təmin etməyin yeganə düzgün yolu, digər məsələlərlə yanaşı, Qara dənizin təhlükəsizliyi məsələlərinə də diqqət yetirməkdir, çünki Qara dənizin təhlükəsizliyi olmadan, Avro-Atlantik məkanın tam hüquqlu təhlükəsizliyi mümkün deyil. Gürcüstan Qara dəniz regionunda əsas ölkə kimi Alyans tərəfindən diqqətin artırılmasına və gücləndirilməsinə ehtiyac duyur. Vurğulamaq istəyirəm ki, yeganə düzgün yol NATO-nun açıq qapı siyasəti və Gürcüstanın NATO-ya inteqrasiyasını təmin etməkdir”, – Beraya bildirib.
İşğal olunmuş Abxaziyanın faktiki prezidenti Aslan Bjaniya Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində bildirib ki, Rusiya işğal olunmuş Abxaziyada Qara dəniz sahillərində yeni daimi hərbi və dəniz bazaları məntəqəsi yaratmağı planlaşdırır.
Bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb və orada deyilir: “Biz işğal olunmuş ərazilərdə əlavə Rusiya bazasının yerləşdirilməsi və Abxaziya regionunun Rusiya tərəfindən başlanmış inteqrasiya proseslərinə daxil edilməsi ilə bağlı bəyanatlardan narahat olduğumuzu bildiririk.”
Müəllif -
Mehemmed Bayramaliyev