İrakli Beraiya - Fransa Gürcüstanın ən önəmli partnyorudur və bizim vəzifəmiz əlaqələrimizi daha da dərinləşdirməkdir
Madriddə keçirilən NATO Parlament Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin nümayəndə heyəti Fransa nümayəndə heyəti ilə görüşdü. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, Gürcüstanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, İrakli Berayanın bəyan etdiyinə görə, görüşdə tərəflər bölgə təhlükəsizlik mühitini, Gürcüstanın təhlükəsizlik çağırışlarını və müdafiə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini müzakirə etdilər.
Gürcüstanın NATO-ya qoşulmasının vacibliyi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər qeyd olundu.
“Fransa Gürcüstanın ən önəmli partnyorudur və bizim vəzifəmiz əlaqələrimizi daha da dərinləşdirməkdir, o cümlədən xüsusilə də bu parlamentlərarası əlaqələrə aiddir”, – İrakli Beraiya qeyd etdi.
Parlament nümayəndə heyətinin tərkibində İrakli Beraya ilə birlikdə, Xarici Əlaqələr Komitəsinin sədrinin birinci müavini Giorgi Xelaşvili və Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavinləri: Vladimir Çaçibaya və Teona Akubardia daxildir.