İrakli Beraia - Vilnüs zirvə görüşünün Gürcüstanı özünün əsas xarici siyasət məqsədinə, yəni alyansa tam inteqrasiyaya yaxınlaşdıracağına dair gözləntimiz var
İrakli Beraia - Vilnüs zirvə görüşünün Gürcüstanı özünün əsas xarici siyasət məqsədinə, yəni alyansa tam inteqrasiyaya yaxınlaşdıracağına dair gözləntimiz var

 
Parlamentin Müdafiə Komitəsinin sədri İrakli Beraia NATO-nun Vilnüs zirvə görüşündə Gürcüstanın alyansa yaxınlaşmağı və həm siyasi, həm də praktiki dəstəyin artacağını gözlədiyini bildirib.

“Vilnüs zirvə görüşünün Gürcüstanı özünün əsas xarici siyasət məqsədinə, yəni alyansa tam inteqrasiyaya yaxınlaşdıracağına dair gözləntimiz var və Gürcüstana həm siyasi, həm də praktiki dəstəyin daha da artacağını gözləyirik. Zirvə toplantısının yekun kommünikesində ölkəmizə dəstək ifadələri lazımi şəkildə öz əksini tapacaq” – deyə Beraia qeyd edib.

O, Vilnüs zirvə görüşü ilə eyni vaxtda məqsədi Gürcüstanın Avro-Atlantik təşkilatlara inteqrasiya prosesinə xələl gətirmək olan məqsədyönlü şəkildə dezinformasiyaların yayılmaqda olduğunu bildirib.

“Demək lazımdır ki, təəssüf ki, bu proseslə paralel olaraq biz məqsədyönlü dezinformasiyalar eşidirik, bu da Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesini nəinki nüfuzdan salmağa, həm də zədələnməsinə xidmət edir” -deyə İrakli Beraia bildirib.