İrakli Beraia NATO baş katibinin köməkçisi Devid Ketler ilə görüşüb
Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraia NATO baş katibinin kəşfiyyat və təhlükəsizlik sahəsi üzrə köməkçisi Devid Ketler ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, komitə sədri alyansın nümayəndəsinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyasına verdiyi dəstəyə görə təşəkkür edib.
“Tərəflər Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibədən danışıblar. Gürcüstan və region qarşısında duran çağırışları, Gürcüstanın təhlükəsizlik və xarici siyasət prioritetlərini müzakirə ediblər. Gürcüstanın müdafiə imkanlarının və təhdidlərin tam spektrinə cavab olaraq milli müqavimətin gücləndirilməsinin vacibliyi vurğulanıb. İrakli Beraia qonaqla söhbətində Gürcüstanın Alyansa üzvlüyü ilə bağlı qərarın tezləşdirilməsinin vacibliyini vurğulayıb”- deyə məlumatda bildirilir.
Komitə sədrinin birinci müavini Aleksandre Tabatadze və sədr müavini Vladimer Çaçibaia görüşdə iştirak ediblər.