İrakli Bendeliani - Su kəmərinə dəymiş zərərin aradan qaldırılması üçün işlər 24 saat boyunca davam edir, işlərin başa çatdırılmasına maksimum bir həftə vaxt lazımdır
İrakli Bendeliani - Su kəmərinə dəymiş zərərin aradan qaldırılması üçün işlər 24 saat boyunca davam edir, işlərin başa çatdırılmasına maksimum bir həftə vaxt lazımdır

 
Tbilisi merinin müavini İrakli Bendelianinin bəyanatına əsasən, Tbilisinin su təchizatı sisteminin ən mühüm mərkəzi magistral su kəmərinə dəymiş zərərin aradan qaldırılması üçün işlər 24 saat boyunca davam edir və işlərin başa çatdırılmasına maksimum bir həftə vaxt lazımdır.

Bendeliani bu haqda Tbilisi Meriyasında “Georgian Water and Power” şirkətinin nümayəndələri ilə görüşdən sonra açıqlayıb.

“Paytaxt meri ilə birlikdə “Georgian Water and Power” şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirdik. Əhalinin bildiyi kimi, son iki gün ərzində əhaliyə içməli su fasilələrlə verilir. Buna səbəb Saquramoda baş verən və içməli su magistral kəmərinə zərər vuran təbii proseslərdir. Təbii ki, ilk dəqiqələrdən, bu fakt baş verəndə şirkət tərəfindən müvafiq reaksiya verildi. Müvafiq qruplar ərazidədirlər və 24 saat boyunca bərpa işləri aparırlar. Bu gün üçün təxminən 63 000 abonentə içməli su qrafik üzrə verilir. Bundan başqa, əhalinin tələbi halında, su müvafiq su anbarları vasitəsilə veriləcək. Qeyd etdiyim kimi, işlər 24 saat boyunca aparılır və mövcud vəziyyəti tam bərpa etmək üçün maksimum bir həftə vaxt lazımdır”- deyə Bendeliani açıqlayıb.

Tbilisinin meri Kaxa Kaladze müavinləri İrakli Bendeliani və Kaxa Quledani ilə birlikdə bu gün paytaxtın meriyasında “Georgian Water and Power” şirkətinin baş direktoru Xose Miqel Santos Qonzales və aktivlərin idarə edilməsi üzrə direktor Qiqa Nadiradze ilə görüşüb.