İrakli Antadze - bizim üçün əsas məsələ qanunsuz həbsdə olan həmvətənlərimizin azadlığa buraxılmasıdır, Erqneti görüşündə biz hansı prespektivləri gözləməli olduğumuz ilə maraqlandıq, müəyyən siqnallar var idi
Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi qrupunun növbəti iclası keçirilib. Qeyd olunduğu kimi, bugünkü iclasda müzakirə olunan məsələ aprelin 21-də Kareli Munisipalitetinin Chvrinisi kəndi yaxınlığında baş vermiş insident olub və DTX-nin məlumatına əsasən, Rusiya işğalçı qüvvələri Gürcüstanın iki vətəndaşını qanunsuz olaraq saxlamağa cəhd ediblər.
Mərkəzi hakimiyyətin nümayəndələri hadisənin araşdırılmasını və insidentdə iştirak edən işğalçı qüvvələrin nümayəndələrinin müəyyən edilməsini tələb etdilər. Bundan əlavə, Dövlət Təhlükəsizlik Xidmətinin Analitik Departamentinin direktor müavininin görüşdən sonra bildirdiyinə əsasən, qanunsuz həbs edilmiş Gürcüstan vətəndaşlarının azadlığa buraxılması ilə bağlı müəyyən gözləntilər var, lakin İrakli Antadze təfərrüatlar barədə danışmadı.
Onun sözlərinə əsasən, görüşdə qeyri-qanuni sərhədləşmə faktlarına toxunulub. Görüşdə təhlükəsizlik məsələləri ilə yanaşı, humanitar məsələlər də müzakirə olunub. Mərkəzi hakimiyyətin nümayəndələri dırnaq arası keçidlərdə on günlük müddətin uzadılmasını və ya tam aradan qaldırılmasını tələb ediblər.
“Bugünkü görüş çox uzun idi, gərgin müzakirələr oldu. Bizim üçün əsas məsələ qanunsuz həbsdə olan həmvətənlərimizin azadlığa buraxılmasıdır. Bizi hansı perspektivin gözlədiyi ilə maraqlandıq. Müəyyən siqnallar səsləndirilib və biz bu məlumatı ailələrlə paylaşacağıq, lakin bütün məlumatlar mövcud münasibət kanalları vasitəsilə paylaşılana qədər heç bir təfərrüat açıqlaya bilmərəm. Chvrinisi hadisəsinə son dərəcə ciddi qiymət verilib, vətəndaşımız ağır şəkildə yaralandığından və həyatı təhlükə altında olduğu üçün təqsirkarların məsuliyyətə cəlb olunmasının zəruri olduğunu bəyan etdik. Tələbimizin nə nəticə verəcəyi barədə danışmaq mənim üçün çətindir. Lakin onlar tərəfindən bu tələbə heç bir şərh verilməyib” – deyə DTX-nin Analitik Departamentinin direktor müavini İrakli Antadze bildirdi .