İraqın iranyönlü “Əl-Nücəbə” qruplaşmasının yüksək vəzifəli rəsmisi deyir ki, iraqlı islamçı qruplar İsrailə cavab vermək üçün Tehranla tam koordinasiyadadır

14:20, 02.11.2024

İraqın iranpərəst “Əl-Nucaba” yarımhərbi qruplaşmasının yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, iraqlı islamçı qruplar İsraildən qisas almaq üçün “doğru zamanda və yerdə” Tehranla tam koordinasiyadadırlar.

“İsrail İrana hücum edəndə İraqın hava məkanını və beynəlxalq normaları pozdu, İraqla mövcud təhlükəsizlik razılaşmalarına baxmayaraq, ABŞ onunla əməkdaşlıq etdi. İranın İraqın istənilən nöqtəsindən İsrailə hücum etmək hüququ var”. – “Əl-Nücəba” siyasi bürosunun üzvü Heydər əl-Lami bildirib.

Qeyd edək ki, İsrail oktyabrın 26-da İranın hərbi obyektlərinə irimiqyaslı hava zərbələri endirmişdi ki, bu da İranın oktyabrın 1-də İsrail istiqamətində atdığı 200-dən çox ballistik raketə cavab idi.

Oxşar