İraqda hərbi bazaya hücumla bağlı ölkənin təhlükəsizlik qüvvələri 5 nəfəri həbs edib
İraqda hərbi bazaya hücumla bağlı ölkənin təhlükəsizlik qüvvələri 5 nəfəri həbs edib

İraq təhlükəsizlik qüvvələri ölkədəki hərbi bazaya hücumla bağlı 5 nəfəri həbs edib. Hücum nəticəsində 5 amerikalı əsgər yaralanıb.

Bu barədə təhlükəsizlik məlumatlarının yayılmasına cavabdeh olan İraq Media Təhlükəsizlik Mərkəzi məlumat yayıb.

Bu həftə İraqdakı Əl-Əsəd aviabazasına raket hücumu həyata keçirilib. Təhlükəsizlik xidməti İraqın qərbində yerləşən bazaya iki “Katyuşa” raketinin atıldığını, bazanın üzərinə düşdüyünü qeyd edib. Nəticədə 5 amerikalı əsgər yaralanıb.

Daha sonra İraq ordusu insidenti pisləyib və öz ərazisindəki bazalara qarşı hərəkətləri “ehtiyatsızlıq” adlandırıb.

Hücum İranın HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraili qisas almaqla hədələməsi ilə üst-üstə düşür. Lakin hücumun bu təhlükə ilə bağlı olub-olmadığı hələlik bəlli deyil.