İpodromun ərazisində tennis kortlarının tikintisinə başlanılıb - layihə 5 000 000 lari investisiyanı nəzərdə tutur
İpodromun ərazisində tennis kortlarının tikintisinə başlanılıb - layihə 5 000 000 lari investisiyanı nəzərdə tutur

 
Saburtalo rayonunda keçmiş ipodromun ərazisində tennis kortlarının tikintisinə başlanılıb.

Sözügedən ərazi əvvəlki hakimiyyət dövründə yaşayış binalarının tikintisi üçün özgəninkiləşdirilib, lakin munisipalitetin indiki hökuməti onu geri qaytarmağa nail olub. Paytaxtın meri Kaxa Kaladze görülən işlərlə tanış olub, sözügedən ərazinin bir zaman sahibi olan şirkətin nümayəndəsinə əməkdaşlığa görə təşəkkür edib.

“Baxtrioni küçəsində illər əvvəl çox məşhur olan və bir çox insanın istifadə etdiyi tennis kortları var idi, lakin əvvəlki hakimiyyətin dövründə həmin yer yaşayış binalarının tikintisi üçün özgəninkiləşdirilmişdi. Ərazinin qaytarılması əhalinin böyük xahişi və seçki vədimiz idi. Ona görə də paytaxt hökumətinə gələn kimi dərhal məsələnin üzərində işləməyə başladıq. Yer dəyişikliyi edildi və ərazi munisipalitetə qaytarıldı. Sonra biznes nümayəndələrini prosesə cəlb etmək və üç kortun tikintisini nəzərdə tutan layihəni həyata keçirmək üçün maraqların ifadə edilməsi məqsədilə hərrac elan etdik. Bundan əlavə, ərazidə 50 metrlik hovuz təşkil olunacaq, istirahət yerləri və qida obyekti olacaq. Tennis kortlarının Tbilisiyə qayıdacağı ilə bağlı verdiyimiz söz yerinə yetiriləcək. İşlərin həyata keçirilməsinə təxminən 20 ay lazım olacaq” – deyə Tbilisi meri açıqlayıb.

2021-ci ildə elan edilən hərracın məqsədi torpaq sahəsində tennis kortlarının bərpasına və idman-sağlamlıq infrastrukturunun inkişafına – ümumilikdə 5 000 000 lari həcmində investisiya qoyuluşuna xidmət edir.

Layihəyə əsasən, ərazidə tennis kortu və üzgüçülük hovuzu ilə birlikdə, fitnes zalı, eləcə də idman-sağlamlıq məqsədləri üçün nəzərdə tutulmuş idman kompleksinin və idman kompleksi ilə əlaqəli yerlərin salınması nəzərdə tutulur. Kaxa Kaladze ilə birlikdə Tbilisi Meriyasının Əmlakın İdarə Olunması Agentliyinin rəhbəri İrakli Tavartkiladze, Saburtalonun icra başçısı Qaioz Vasadze və rayonun majoritar deputatı Avtandil Tsintsadze cari işlərlə tanış olublar.

Məlumatı paytaxt meriyası yayır.