İoseb Nanobaşvili - 2018-ci ildə Yunanistanda Gürcüstan vətəndaşlarına 5006 yaşayış izni vəsiqəsi verildi
İoseb Nanobaşvili - 2018-ci ildə Yunanistanda Gürcüstan vətəndaşlarına 5006 yaşayış izni vəsiqəsi verildi

2018-ci ildə Yunanistanda Gürcüstan vətəndaşlarına 5006 yaşayış vəsiqəsi verildi, onların arasında 2286-sı ilkin yaşayış izni idi, – bu barədə bəyanatı Gürcüstanın Yunanistandaki Səlahiyyətli səfiri İoseb Nanobaşvili verdi.

Səfir qeyd edir ki, Yunanistanda yaşayan Gürcüstan vətəndaşlarının leqalizasiyasına dəstək məsələsi Gürcüstan Səfirliyinin fəaliyyətinin prioritetli məsələsidir.

“Bu məsələ ilə bağlı yunan həmkarlarımızla, respublikanın müvafiq strukturları ilə, onların arasında miqrasiya siyasəti və Daxili İşlər Nazirliyi ilə və Yunanistan parlamenti ilə efektiv əməkdaşlıq edirik.

Düşünürəm ki, yunan partnyorlarımızla əməkdaşlığın konkret nəticələri var.

Yunanistan Miqrasiya Siyasəti tərəfindən verilən məlumata görə, sadəcə 2018-ci ilsə 5006 Gürcüstan vətəndaşına Yunanistanda yaşama izni üçün müvafiq vəsiqələr verildi.

Səfirlik bu proses üzərində işləməyə davam edir” – dedi səfir.