İori çayı dərəsindəki daş karxanasının qırma-çeşidləmə şirkətinin fəaliyyəti dayandırılıb
İori çayı dərəsindəki daş karxanasının qırma-çeşidləmə şirkətinin fəaliyyəti dayandırılıb

 

Qardabani munisipalitetində, İori çayı yaxınlığında yerləşən daş karxanasının qırma-çeşidləmə şirkətinin fəaliyyəti dayandırılıb. Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili müvafiq sənədlərin təqdim edilməsi prosesində şəxsən iştirak edib.

Kvemo Kartli üzrə dövlət nümayəndəsinin administrasiyasından verilən məlumata görə, Ətraf Mühitə Nəzarət Departamentinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşları müəssisənin nümayəndəsinə sanksiyalar barədə ətraflı məlumat verib və sanksiyalara səbəb isə aşkar edilmiş pozuntularla yanaşı, suyun labaratoroloji yolla tədqiq edilməsi nəticəsində çəkilmiş hissəciklərin 277 dəfə aşması da olub.

Onların verdiyi məlumata görə, tərəflərin iştirakı ilə ərazi tədqiq də edilib.

” Proses mərhələlərlə bölgədəki bütün müəssisələrdə həyata keçiriləcək və Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili səlahiyyətli qurumların iştirakı ilə fəal şəkildə monitorinqdə iştirak edəcək” -deyə məlumatda deyilir.

Bununla yanaşı, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin sözlərinə görə, heç bir şirkətə bizneslə məşğul olmaqla ekoloji vəziyyəti fəlakət qarşısında qoymağa icazə verilməyəcək.

” İori çayı dərəsində karxanalar və qırma-çeşidləmə qurğularının yoxlanılmasına başladıq. Aidiyyatı qurumlar prosesdə maksimal şəkildə iştirak edir və qanunla müəyyən edilmiş müvafiq həddi aşan bütün şirkətlər – lisenziya sahibləri maksimal şəkildə cərimələnəcək. Bu gün belə şirkətlərdən birinin fəaliyyəti dayandırıldı. Bu proses davam edəcək, mən şəxsən gündəlik monitorinqdə olacağam. Heç bir şirkətə bizneslə məşğul olmaqla ekoloji vəziyyəti fəlakət qarşısında qoymağa icazə verməyəcəyik. Oxşar halların aşkarlanması halında, Kvemo Kartli və bütün ölkə miqyasında qanunun ən sərt ölçüləri tətbiq olunacaq” – deyə Qiorqi Doxturişvili bildirib.

Kvemo Kartli üzrə dövlət nümayəndəsinin administrasiyasının verdiyi məlumata görə, ekoloji təhlükələrin yaranmasına paralel olaraq, sözü gedən müəssisələrin fəaliyyəti nəticəsində Qardabani munisipalitetində irimiqyaslı su təchizatı layihəsinin icrası bir qədər ləngiyib, həmçinin Sartichala kəndinin sakinləri üçün keyfiyyətli su təchizatı prosesində problemlər yaranıb.