İnternetprovayderlərin müqaviləsində keyfiyyətin parametrlərinin göstərilməsi və onların müdafiəsi öhdəliyi olacaq
Gürcüstanda internetin keyfiyyətinə nəzarət barəsində qərarı Kommunikasiyalar Komissiyası yaxın gələcəkdə qəbul edəcək, – qeyd olunan barədə Kommunikasiyalar Milli Komissiyasının sədri, Kaxa Bekauri bəyana etdi.
Onun dediyinə görə, planlaşdırılmış layihəyə uyğun olaraq, internetprovayderlərin müqaviləsində keyfiyyətin parametrlərinin göstərilməsi və onların müdafiəsi öhdəliyi olacaq.
Bununla yanaşı, Kommunikasiyalar Milli Komissiyasının sədrinin açıqlamasına görə, isitfadəçilər, internet keyfiyyətini ölçmək üçün lazım olan aplikasiyanı veb səhifədən yükləyə biləcəklər.
Pozuntuların qeydə alınması təqdirində, istifadəçi komissiyaya şikayət daxil edə bilər.
Kommunikasiyalar Milli Komissiyasının sədrinin qeyd etdiyinə görə, şirkət müqavilənin pozulması təqdirində, öncə xəbərdaqlıq alacaq, sonra isə maliyyə sanksiyası işə düşəcək.