İnternetlə narkotik maddələrinin realizasiyası ilə ittiham edilən şəxslərə həbs qərarı verildi [Foto]
İnternetlə narkotik maddələrinin realizasiyası ilə ittiham edilən şəxslərə həbs qərarı verildi [Foto]

İnternet vasitəsi ilə böyük miqdarda narkotik maddələrinin realizasiya faktında həbs edilən Giorgi Qogebaşvili və Nino Gegelaşviliyə Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qərarı verildi.

Onlara həbs qərarının verilməsini prokurorluq tələb edirdi.

Prokurorun bəyanatına görə, iki həftəlik əməliyyatdan sonra, bir neçə dəlil mövcuddur, hansı ki, hər iki şəxsin suçunu təsdiqləyir.

Bu dəlillər arasında telefon söhbətləri və yazışma da var.

Hüquqmühafizəçilər 27 yaşlı Nino Gegelaşvili və 24 yaşlı Giorgi Qogebaşviliyi narkorealizasiya ittihamı ilə, mayın 8-də həb etdilər.