İnternetin keyfiyyətinin nəzarəti məqsədi ilə şirkətlər abunəçilərlə yeni müqavilələri dörd aya imzalamalıdırlar
Gürcüstanın Kommunikasiyalar Komissiyası internet xidmətinin çatdırılması keyfiyyətinin müəyyənləşdirilməsi və yoxlanılması qaydarı haqqında qərar qəbul etdi.
Kommunikasiyaların Tənzimləyici Milli Komissiyasının məlumatına görə, keyfiyyətə nəzarətin tədbiq olunmasından sonra, abunəçinin mexanizmi olacaqdır ki, bunun vasitəsi ilə də müntəzəm olaraq internetin sürətini yoxlayasın.
Kommunikasiyaların Milli Komissiyasının sədrinin açıqlamasına görə, isitfadəçilər, internet keyfiyyətini ölçmək üçün lazım olan aplikasiyanı veb səhifədən yükləyə biləcəklər.
“Komissiya tərəfindən qəbul olunan qərar qüvvəyə avqustun 15-dən minəcək. Ona qədər isə, internet provayderlerin dörd aylıq müddəti var ki, abunəçilər ilə imzaladığı müqavilələri səhmana salsın.
Məhz elə bundan sonra, komissiya internetin keyfiyyətini yoxlamağa başlayacaq”, – Kommunikasiyaların Tənzimləyici Milli Komissiyasının bəyanatında deyilir.
Komissiyanın məlumatına görə, internet xidmətinin çatdırılması keyfiyyətinə nəzarət mexanizmi üzrə işlər 10 aydır aparılır.