İnternetdən faşist ədəbiyyatını qaldıracaqlar.
Böyük Britaniyanın ən böyük miqyaslı anti-natsist qrupu “Hope not hate” bir neçə internet-saytlərə müraciət etdi ki, neo-faşist kitabları şəbəkədən qaldırsınlar.
İstənməyən faşist kitabları arasına Hitlerin antisemit traktatları da daxil edildi. Anti-faşist qrupunun rəhbəri Co Malholun bəyanatına görə, qeyd olunan ədəbiyyat gələcək nəsil üçün təhlükə daşıyırlar.
Onlayn kitabları yayan internet-saytlar Amazon, Waterstones, Foyles və WH Smith bir neçə neo-natsist əsərləri öz saytlarından götürdülər.
Neo-natsist məzmunlu digər kitabların yox edilməsi ilə bağlı isə, müzakirələr hələ davam edir.