İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının müzakirəsi məqsədilə hökumət administrasiyasında mülki sektorun nümayəndələri ilə ilk koordinasiya görüşü keçiriləcək
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (2024-2026) müzakirəsi məqsədilə, baş nazirin insan hüquqlarının müdafiəsi üzrə müşavirinin təşəbbüsü ilə sabah vətəndaş sektorunun nümayəndələri ilə ilk koordinasiya görüşü keçiriləcək. Bu barədə Gürcüstanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan tədbirlər planı ilk işçi variantdır və dövlət qurumları tərəfindən mülki sektorun tövsiyələri əsasında hökumət administrasiyası ilə razılaşdırılaraq hazırlanmışdır.
“Qeyd edək ki, bu, vətəndaş sektoru ilə keçirilən ilk koordinasiya görüşüdür. Yaxın vaxtlarda mülki sektorun və digər maraqlı tərəflərin iştirakı ilə tematik işçi qruplarının görüşləri nəzərdə tutulub.
Koordinasiya görüşü sabah saat 16:00-da Gürcüstanın hökumət administrasiyasında keçiriləcək”, – məlumatda deyilir.