İnsan Hüquqlarının Müdafiəsi Komitəsi “Kirli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasının təşviqi haqqında” qanuna dəyişiklikləri dəstəkləyib
Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsi “Kirli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasının təşviqi haqqında” qanuna dəyişiklikləri dəstəkləyib.
Dəyişikliyə əsasən, ölkə MONEYVAL-ın tövsiyələri ilə nəzərdə tutulmuş tələbləri nəzərə alacaq və nəticədə bir sıra tövsiyələr üzrə qiymətləndirmə reytinqinin artırılmasını tələb etmək imkanı əldə edəcək. Qanun layihəsində Maliyyə Monitorinqi Xidmətinin strateji və əməliyyat təhlili aparmaq səlahiyyəti dəqiq müəyyən edilib. Qanunda məsuliyyət daşıyan şəxsləri milli risklərin qiymətləndirilməsi hesabatında ifadə olunan nəticələri öz risk qiymətləndirmələrində əks etdirməyə məcbur edəcək qeyd olacaq.
Komitənin sədri Mixeil Sarcveladze hökumət tərəfindən qanunvericilik qaydasında təqdim edilmiş qanun layihəsinin vacib olduğunu, çünki onun həm də 12 bəndlik planın bir hissəsinə toxunduğunu bildirib.
“Qanun layihəsi qismən 12 bəndlik planın bir hissəsinə şamil edilir və mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində mühüm qanunvericilik təşəbbüsüdür” -deyə Mixeil Sarcveladze açıqlayıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.