İnsan hüquqlarının qorunması məqsədi ilə yeni departament yaradılır
İnsan hüquqlarının qorunması məqsədi ilə yeni departament yaradılır

Daxili İşlər Naziri Giorgi Qaxarianın bəyanatına görə, DİN-də yeni departamentin yaradılması planlaşdırılıb.

Qaxarianın dediyinə görə, mərkəzi aparat səviyyəsində yeni departament yaradılacaq və onun əsas məqsədi istintaq prosesində, insanların hüquqlarını qorumaq olacaq.

“Düşünürəm ki, bu departament müvəqqəti olacaq və nazirlikdə istintaq komponentlərinin islahatları tam başa çatana qədər işləyəcək. Yeni departament qadınlara qarşı zorakılıq və yeni yetmələrlə bağlı cinayətlər istiqamətində işləyəcək” – dedi Daxili İşlər Naziri.