İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədr müavini vizəfəsini Ana Buçukuri tutacaq
İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədr müavini vizəfəsini Ana Buçukuri tutacaq

Gürcüstan Parlamentinin İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədr müavini vizəfəsini Ana Buçukuri tutacaq. Onun namizədliyini komitənin iclasında artıq səsə qoydular və yekdilliklə dəstəklədilər.

Fraksiyasız deputatın, Ana Buçukurinin namizədliyi qeyd olunan vəzifəyə  “Milli Hərəkatın” nümayəndəsi, Eka Xerxeulidzenin Komitə sədri müavini vəzifəsindən imtina etməsindən sonra adlandırıldı. Xerxeulidze komitənin iclasında bəyan etdi ki, vəzifəni tutmaq arzusunda deyil və razıdır ki, onu başqa müxalifət nümayəndəsinə təklif etsinlər.

Qeyd olunan barəsində komitənin iclasına qədər Eka Xerxeulidze Komitənin sədri, Mixeil Sarcveladzeyə telefonla sms göndərdi.