İnsan Hüquqları Komitəsinin iclasında ombudsmanın seçilməsinin müvəqqəti qaydasını müəyyən edən reqlamentdə dəyişiklik müzakirə edilib
Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiyası Komitəsinin iclasında parlamentin reqlamentinə dəyişiklik müzakirə edilib. Dəyişikliklər Gürcüstanın Xalq Müdafiəçisinin seçilməsi üçün müvəqqəti qayda müəyyən edir , bu qayda namizədinin seçilməsi və irəli sürülməsi prosesinin yüksək şəffaflığını ; akademik və peşəkar dairələr də daxil olmaqla vətəndaş cəmiyyətinin geniş iştirakını təmin edir.
Avropa İttifaqının Gürcüstana namizəd statusunun verilməsi üçün müəyyən etdiyi 12 bənddən 12-ci bənd Gürcüstandan yeni xalq müdafiəçisinin seçilməsi prosesini şəffaf şəkildə aparmağı tələb edir.