İkinci milli simulyasiya təliminin – “İnsan alverinə qarşı mübarizə: milli simulyasiya təliminin həyata keçirilməsi vasitəsilə qurumlararası əməkdaşlığın davamlılığı” mövzusunda yekun tədbiri keçirilib. Məlumatı Ədliyyə Nazirliyi yayıb.
Agentliyin məlumatına görə, milli simulyasiya təliminin məqsədi bu sahədə çalışan praktikantların qurban-yönümlü yanaşmanın tətbiqi və qurumlararası koordinasiya və əməkdaşlıq istiqamətində bacarıqlarını artırmaqdır ki, bu da öz növbəsində, cinayətlərin vaxtında aşkar edilməsinə və qurbanların/zərərçəkənlərin cəmiyyətə səmərəli inteqrasiyasına təşviq edəcək.
“Təlim müstəntiqlər, prokurorlar, əmək müfəttişləri, hüquqşünaslar, psixoloqlar və sosial işçilər üçün simulyasiya edilmiş, mümkün qədər real və eyni zamanda təhlükəsiz mühitdə insan alveri hallarının aşkarlanması və cavab tədbiri görülməsi prosesində iştirak etmək üçün unikal imkandır.
Qeyd edək ki, Gürcüstan insan alverinə (Trafikinq) qarşı mübarizədə uğurlu təlim metodlarından biri kimi simulyasiya təliminin tətbiq olunduğu ilk dövlətlərdəndir. İlk təlim 2022-ci ildə keçirilib. Bu il oxşar təlim Gürcüstanda ikinci dəfə keçirilib ki, bu da insan alverinə (Trafikinq) qarşı mübarizənin Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Qeyd edək ki, insan alverinə (Trafikinq) qarşı mübarizədə Gürcüstan artıq 9-cu ildir ki, dünyada lider mövqelərdən birini tutur. ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə son hesabatına əsasən, Gürcüstan bir sıra Avropa ölkələri ilə birlikdə hələ də ən yüksək qiymətləndirmə səviyyəsində sözdə birinci səbətdə yerini qoruyub saxlayır.
Tədbir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və İsveçrənin Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Milli simulyasiya təlimi insan alverinə (Trefikinq) qarşı mübarizə üzrə qurumlararası koordinasiya şurası çərçivəsində keçirilib. Onun tərəfdaşları: Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Maliyyə Nazirliyinin İstintaq Xidməti, Əmək Müfəttişliyi Xidməti, İnsan Alveri Qurbanlarına Dövlət Qayğı və Yardım Agentliyi, Daxili İşlər Nazirliyi Akademiyası, “Zorakılıqdan Müdafiə Milli Şəbəkəsi” qeyri-hökumət təşkilatı və Gürcüstanın Şota Rustaveli Teatrı və Kino Dövlət Universitetidir”, – Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Agentliyin məlumatına görə, simulyasiya təlimi noyabrın 20-də başlayıb, noyabrın 24-də başa çatıb.
Müəllif -
Mehemmed Bayramaliyev