İnquşetiyada silahlı şəxslər polis maşınına atəş açıb, onlardan bəziləri ölüb

15:05, 12.10.2024

İnquşetiyada silahlı şəxslərin avtomobili atəşə tutması nəticəsində biri polis olmaqla 3 nəfər həlak olub.

Bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Agentlikdə qeyd edilir ki, hazırda hücum edənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bundan başqa, Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülənlər bir-birinin qohumları olub.

Rusiya mətbuatının məlumatına görə, atəş açılan avtomobil İnquşetiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin rəis müavininə məxsusdur.

İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatovun sözlərinə görə, polislərə hücum regionda sabitlik və təhlükəsizliyə qarşı yönəlib.

Oxşar