İnquşetiyada aksiya iştirakçıları və polis qüvvələri arasında qarşıdurma baş verdi [Video]

İnquşetiyada aksiya iştirakçıları və polis qüvvələri arasında qarşıdurma baş verdi.

İnsan hüquqlarını qoruyan “Marş” təşkilatının rəhbəri Maqomed Mutsolqovun yaydığı bəyanata görə, aksiya iştirakçıları meydanı tərk etməli oldular.

Onun dediyinə görə, aksiya iştirakçıları, növbəti aksiyalarını beş gündən sonra keçirəcəkləri barədə qərar verdilər.

Xatırladaq ki, İnquşetiyada etiraz aksiyası dünən başladı.

Təşkilatçıların dediyinə görə, aksiyada 50 000-ə qədər insan iştirak edirdi.

Aksiyanın keçirilməsi üçün bir gün verilmişdi, ancaq, demonstrantlar gecə meydanda qalmaq istədilər.

Onlar referendum haqqında qanundaki dəyişiklikləri etiraz edirlər.

Söhbət Çeçenistan və İnquşetiya sərhədlərinin müəyyənləşdirilməsindən gedir və yerli əhali qanun dəyişikliklərini qəbul etmir.

Aksiyada İnquşetiya rəhbərinin istefası da tələb olunurdu.