İnquşetiya Parlamentində Çeçenistan ilə sərhəd barəsində yenidən səsvermə baş tutmadı
Çeçenistan ilə sərhəd barəsində imzalanan razılaşmanın ləğv olunmasının planlaşdırıldığı İnquşetiya Parlamentinin iclası, kvorumun olmamasına görə, baş tutmadı. Məlumatı BBC-nin rusdilli bürosu yayır.
Rus mətbuatının məlumatına görə, iclas zalını öz mövqeyini qeyd etdikdən sonra, bir neçə deputat tərk etdi, sonra isə, sosial şəbəkə vasitəsi ilə fəalları etiraz aksiyasına toplaşmağa çağırdılar.
Xatırladaq ki, oktyabrın 4-də, İnqeşetiya bölgə parlamenti, İnquşetiya-Çeçenistan sərhədinin dəyişdirilməsini nəzərdə tutan razılaşmanı dəstəklədi. Elə həmin günü razılaşmanı İnqeşetiya lideri imzaladı.
Sənədə əsasən, İnqeşetiya və Çeçenistan arasında ərazilər dəyişir. Buna görə, İnquşetiya Respublikasında kütləvi etiraz aksiyaları başladı. Maqasda keçirilən aksiyaya İnquşetiyanın birinci prezidenti, Ruslan Auşev də qatıldı.