İnfrastruktur Nazirliyi üçün ayrılan məbləğin 72 faizi yol infrastrukturuna xərclənəcək
2018-ci ildə Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinə ayrılan vəsaitlərin 72% -i yol infrastrukturunun tikintisi və bərpasına sərf olunacaq, – bu barədə Gürcüstanın Maliyyə naziri Mamuka Baxtadze parlamentin plenar iclasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı bəyan etdi.
Mamuka Baxtadzenin qeyd etdiyinə görə, 2018-ci ilin büdcəsi layihəsi ilə Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinə 1 815.0 milyon lari ayrılıb və bu 2017-ci ilin göstəricisindən 527.0 milyon lari ilə artıqdır.
“Ayrılan vəsaitlər çərçivəsində, bölgə və munisipal infrastrukturun tikintisi-bərpasına 288,5 milyon lari; su infrastrukturunun yaxşılaşdırılmasına – 196.0 milyon lari sərf olunacaq; Ayrılan vəsaitlər böyük hissəsi (72%), 1,311 milyard lari yol infrastrukturunun tikintisi və bərpasına sərf olunacaq”, – Mamuka Baxtadzenin bəyan etdi.