İnfrastruktur Nazirliyi - Gürcüstan Çeçenistanla birləşdirici yolun tikintisini heç bir vaxt müzakirə etməyib və etmir
İnfrastruktur Nazirliyi - Gürcüstan Çeçenistanla birləşdirici yolun tikintisini heç bir vaxt müzakirə etməyib və etmir

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin bəyanatına görə, Gürcüstan Çeçenistanla birləşdirici yolun tikintisini heç bir vaxt müzakirə etməyib və etmir.

Nazirliyin byanatında qeyd olunduğu kimi, yolun tikintisi məsələsi gürcü tərəfinin gündəmində keç bir zaman durmayıb.

“Rusiya Təhlükəsizlik Şurasında Gürcüstan-Çeçenistanı birlıdirən yolunun tikintisi ilə bağlı mətbuatda yayılan xəbərlərə əks səda vermək istəyirik və bir mənalı olaraq bəyan edirik ki, Gürcüstan Çeçenistanla birləşdirici yolun tikintisini heç bir vaxt müzakirə etməyib və etmir. Yolun tikintisi məsələsi gürcü tərəfinin gündəmində keç bir zaman durmayıb. Müvafiq olaraq, bununla bağlı istənilən məlumat yanlışdır.

Gürcüstan vətəndaşlarını səhvə salmamaq üçün, gürcü media vasitələrinə müraciət edirik, məlumatı yaymaqla yanaşı, əhaliyə gürcü tərəfi ilə yoxlanılmış məlumatı çatdırsınlar”, – bəyanatda deyilir.