İndoneziyada Sulavesi adasında torpaq sürüşməsi nəticəsində azı 12 nəfər həlak olub, 18 nəfər isə itkin düşmüş hesab olunur
İndoneziyada Sulavesi adasında torpaq sürüşməsi nəticəsində azı 12 nəfər həlak olub, 18 nəfər isə itkin düşmüş hesab olunur

 
İndoneziyada Sulavesi adasında torpaq sürüşməsi nəticəsində azı 12 nəfər həlak olub, 18 nəfər isə itkin düşmüş hesab olunur.

Sulavesi adasında yerləşən qızıl mədənində təbii fəlakət nəticəsində mədənçilər və mədən yaxınlığındakı sakinlər həlak olublar.

Xilasedicilər beş nəfəri xilas edə biliblər.

Hadisə yerinə fövqəladə hallar xidmətinin 164 əməkdaşı səfərbər olunub.