"İndependent" Mestia sizə "Taxtların oyunu" serialının çəkiliş meydanını xatırladacaq
"İndependent" Mestia sizə "Taxtların oyunu" serialının çəkiliş meydanını xatırladacaq

“Nəyə görə Gürcüstan dağ-xizək turizmi sevənlər üçün unikal bir yerdir?“ – bu başlıqla məqaləyi Britaniyanın “İndependent” nəşriyyatı yayır.

Publikasiyanın müəllifi yazır ki, əgər turisti qarda batmaq və dağ panoramaları cəlb edirsə, o mütləq Gürcüstanı seçməlidir.

“Gürcüstanın Qafqaz dağlarında, Tetnuldiyə doğru gedən qarlı yolda maşın sürmək keçmişə qayıtmağa oxşayır. Mestia adlı yer sizə “Taxtların oyunu” serialının çəkiliş meydanını xatırladacaq.

Qədim daşlardan tikilən binalar və 12-13-cü əsrlərdə müdafiyə köşkləri olan “Svan qalaları” burada tam orta əsrlərin mənzərəsini yaradır.

Mestiadan 15 kilometrlik məsafədə olan Tetnuldi dağı isə, Gürcüstanda fri-raidinq üçün ən gözəl yerdir” – yazır İndependent.