İnal Ardzinba - Abxaziyada səfərbərlik elan edilməyib, lakin Ukraynaya gedən könüllülərin sayı daim artır
İşğal olunmuş Abxaziyanın qondarma Xarici İşlər naziri, İnal Ardzinbanın bəyan etsiyinə görə, Rusiyanın “xüsusi əməliyyatında” iştirak etmək üçün Ukraynaya gedən könüllülərin sayı durmadan artırsa da, Abxaziyada səfərbərlik elan edilməyib.
Ardzinba bu barədə Rusiyanın “Ryanovost” dövlət agentliyi ilə müsahibəsində bəyan etdi.
“Bizdə səfərbərlik yoxdur. Xüsusi diqqət yetirmək istəyirəm ki, Abxaz könüllüləri 2014-cü ildən silahı əllərinə götürərək Donbasın azadlığını müdafiə edirlər və onların sayı artır. Mənim fikrimcə, bunun qeyd edilməsi vacibdir. Təəssüflər ki, təlafat var”, – Ardzinba qeyd etdi.