“İnadkar” və “Dapioni” hərəkatlarının təşkilatçılığı ilə aksiya keçirilir. Aksiyanın iştirakçıları parlament yaxınlığına bannerlər aparıblar, onların arasında “Qurucu Mixeilə azadlıq” yazısı olan banner də görünüb.
Aksiyanın iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edir və parlament qanun layihəsini geri çəkməyənə qədər etirazın dayanmayacağını deyirlər. Bununla yanaşı, aksiya iştirakçıları Ədliyyə Evinə yürüş planlaşdırırlar.
Bir neçə gündür Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları hökumətin dəyişməsini də tələb edirlər.