İmtahan mərkəzlərinə qədər getmək üçün bələdiyyə avtobuslarının əlavə marşrutları fəaliyyətə başlayacaq
İmtahan mərkəzlərinə qədər getmək üçün bələdiyyə avtobuslarının əlavə marşrutları fəaliyyətə başlayacaq

 
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi tərəfindən müəyyən edilmiş imtahan dövründə, iyulun 3-dən avqustun 6-dək bələdiyyə avtobuslarının əlavə marşrutları təyin olunacaq.

Tbilisinin Meriyasının məlumatına əsasən, avtobuslar müxtəlif ictimai məktəblərdə imtahan verməli və ya abituriyentlərə xidmət etməli olan şəxsləri aşağıdakı imtahan mərkəzlərinə aparacaqlar: Tbilisinin N39, N103, N133 və 147 saylı ictimai məktəbləri. Həmçinin, iki imtahan mərkəzinin yerləşəcəyi N175 ictimai məktəb; N177 ictimai məktəb; N191 və N207 ictimai məktəb.

Meriyanın izahına əsasən, yuxarıda qeyd olunanlardan irəli gələrək, ötən il olduğu kimi, bu il də standart tariflə, saat 06:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcək müvəqqəti avtobus marşrutları təyin olunacaq.

175 saylı ictimai məktəb istiqamətində avtobuslar Aleksandre Qobronidze küçəsindən (“Axmeteli Teatrı” metrostansiyasına yaxın ərazi) hərəkət edəcəklər;

39, 177 və 191 saylı ictimai məktəbləri istiqamətində avtobuslar sərnişinlərə yenə də Qobronidze küçəsindən (“Axmeteli Teatrı” metrostansiyasına yaxın ərazi) xidmət göstərəcəklər;

N103 ictimai məktəb istiqamətində avtobuslar “Samqori” metrostansiyasının yuxarı çıxışına yaxın ərazidən (Kaxeti şossesi) hərəkət edəcəklər;

N 147 ictimai məktəb istiqamətində avtobuslar “Didube” metrostansiyasına yaxın ərazidən (Anzor Abulaşvili küçəsi, keçmiş Nəqliyyat küçəsi) hərəkət edəcəklər;

N133 və N 207 ictimai məktəblərə gəlincə, imtahan mərkəzləri “Ğrmağele” metrostansiyasının yaxınlığında yerləşir. Müvafiq olaraq, sərnişinlər təyinat yerlərinə çatmaq üçün artıq mövcud marşrutlardan istifadə edəcəklər.