Vahid milli, ümumi magistratura, müəllim imtahanları və tələbə qrant müsabiqəsindən irəli gələrək imtahan mərkəzləri istiqamətində xüsusi marşrutlar təyin ediləcək. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında açıqlayıb.
“Cari ilin iyulun 3-dən avqustun 8-dək vahid milli, ümumi magistratura, müəllim imtahanları və tələbə qrant müsabiqəsindən irəli gələrək, sözügedən prosesdə iştirak edən bütün şəxslərin rahat hərəkət etməsi məqsədilə imtahan mərkəzləri istiqamətində xüsusi marşrut xətlərini təyin etməyi planlaşdırırıq” -deyə Kaxa Kaladze açıqlayıb.
O, Qldani və Muxiani qəsəbələrində mövcud imtahan mərkəzləri istiqamətində avtobusların metronun “Axmeteli Teatrı” stansiyasının ərazisindən, belə ki Qobronidze və Vekua küçələrinin kəsişməsindən hərəkət edəcəklərini bildirib; Üçüncü massivdə mövcud imtahan mərkəzi istiqamətində avtobus metronun “Varketili” stansiyasının ərazisindən hərəkət edəcək; Metromşeni qəsəbəsində mövcud imtahan mərkəzi istiqamətində isə ictimai nəqliyyat metronun “Samqori” stansiyasının yuxarı çıxışından hərəkət edəcək.
Paytaxt meri bütün imtahan iştirakçılarına uğurlar arzulayıb.