"İmpiçment marşının" iştirakçıları Kiyev Oktyabr Sarayında soxulmağa cəhd edirlər
“İmpişment marşının” iştirakçıları Kiyev Oktyabr Sarayında soxulmağa cəhd edirlər, – bu barədə Kiyevdən Birinci Kanalın jurnalisti məlumat verir.
Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvili Maydanda təşkil edilmiş aksiyada nitqlə çıxışı zamanı tərəfdarlarına Oktyabr Sarayına doğru getmələrinə doğru çağırdı.
Sarayın girişi Milli Qvardiya tərəfindən təcrid olunub. Milli Qvardiyanın nümayəndələri nümayişçilərə saraya daxil olmağa imkan vermirlər.
Mitinq iştirakçıları mikrofonla hüquq-mühafizə orqanlarına müraciət edirlər.
Ona qədər nümayişçilər Şevçenko Parkından Maydan istiqamətinə yürüş təşkil etdilər.