İmmunlaşdırma marafonu çərçivəsində bu dəfə İmereti bölgəsində əhali peyvənd olunur

İmmunlaşdırma marafonu çərçivəsində bu dəfə İmereti bölgəsində əhali peyvənd olunur, – deyə Səhiyyə Nazirliyi bildirir.

Onların sözlərinə görə, marafon çərçivəsində xüsusi təyinatlı mobil briqadalar kənd əhalisinin peyvənd edilməsi prosesində fəal iştirak edir və peyvənd mərkəzinə gedə bilməyənlərin evdə peyvənd olmaq imkanı var.

Peyvənd prosesində səhiyyə naziri Ekaterine Tikaradze, nazirin birinci müavini Tamar Qabunia və İmereti  üzrə dövlət nümayəndəsi Zviad Şalamberidze iştirak ediblər.

Layihə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi və Dövlət Tibbi Holdinqin təşəbbüsü ilə həyata keçirilir.

Marafonda kənd həkimləri, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin və bələdiyyə ictimai səhiyyə mərkəzlərinin nümayəndələri, kənd qəyyumları, yerli hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər iştirak edirlər.

Peyvənd marafonuna 49 kənd cəlb olunub.