Liviya sahillərində immiqrantların olduğu gəminin batması nəticəsində 90 nəfərin boğularaq öldüyü bildirilir.
Beynəlxalq İmmiqrasiya Təşkilatı məlumatı təsdiqləyib.
İki liviyalı və səkkiz pakistanlının cansız bədənlərinin sahilə çıxdığı, iki nəfərin üzərək xilas olduğu, bir nəfərin balıqçılar tərəfindən xilas edildiyi bildirilib.
Ötən il, Avropa İttifaqı Liviyaya sahil mühafizəsinə yardım qərarını qəbul etdi. Qərar İtaliya istiqamətinə gedən miqrantların və qaçqınıarın gəmilərinin axınının azaldılmasını nəzərdə tutur.