İmeretidə 103,5 MVt gücündə külək elektrik stansiyası və 7,8 MVt gücündə günəş elektrik stansiyası, Şida Kartlidə isə 43,4 MVt gücündə külək elektrik stansiyası tikiləcək
İmeretidə 103,5 MVt gücündə külək elektrik stansiyası və 7,8 MVt gücündə günəş elektrik stansiyası, Şida Kartlidə isə 43,4 MVt gücündə külək elektrik stansiyası tikiləcək

 
Gürcüstan hökumətinin bugünkü iclasında iki külək elektrik stansiyasının və bir günəş elektrik stansiyasının inkişafı və təşviqi layihəsi müzakirə olunub.

Külək elektrik stansiyası layihələrindən biri İmereti regionunda həyata keçiriləcək, təxmini quraşdırılmış gücü 103,5 meqavat, hasilatı isə 362 milyon kilovatsaata çatacaq. Hökumət Administrasiyasının məlumatına əsasən, layihə üçün zəruri investisiyanın həcmi 130 milyon ABŞ dollarıdır.

Şida Kartli bölgəsində, Kareli Munisipalitetində tikintisi planlaşdırılan ikinci külək elektrik stansiyasına gəlincə, onun quraşdırılmış gücü 43,4 MVt, hasilatı 148 milyon kilovatsaat, investisiyanın həcmi isə 25,25 milyon ABŞ dolları təşkil edir.

Bundan başqa, hökumət administrasiyasının yaydığı məlumata əsasən, İmereti bölgəsində, Tercola Munisipalitetində 7,8 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üçün 4,797 milyon ABŞ dolları sərmayə qoyulacaq, onun təxmini hasilatı 10,295 milyon kilovatsaat olacaq. Bu mərhələdə hər üç layihənin texniki-iqtisadi öyrənilməsi və tədqiqi qanunvericiliyi ilə nəzərdə tutulmuş prosedurlar gedir.