Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iyulun 20-21-də Portuqaliya Respublikasına işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində İlia Darçiaşvili Portuqaliyanın xarici işlər naziri Qomes Kravinho, Portuqaliya Milli Assambleyasının sədri Auqusto Santos Silva və Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi Tiaqo Antunes ilə görüşlər keçirəcək.
Həmçinin Milli Assambleyanın Xarici Əlaqələr və Avropa Məsələləri üzrə Komitə sədrləri və Portuqal Dilli Ölkələr Birliyinin (CPLC) icraçı katibi ilə görüşlər keçiriləcək.