Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili noyabrın 24-də Moldova Respublikasına səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Darçiaşvili Moldova Respublikasının icra və qanunvericilik orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək.
İlya Darçiaşvili Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya naziri, Niku Popesku ilə həm təkbətək, həm də geniş tərkibdə görüşəcək, bundan sonra nazirlərin mətbuata bəyanatları veriləcək.
Kişinyova səfər çərçivəsində Gürcüstan və Moldova arasında ikitərəfli partnyorluq məsələləri müzakirə olunacaq, söhbətdə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya gündəliyi və bu sahədə iki ölkənin sıx əməkdaşlığı və digər məsələlərə toxunulacaq.