İlya Darçiaşvili İsrail Dövlətinin yeni təyin olunmuş səfiri, Hadas Ester Meitzad ilə görüşdü
Gürcüstanın Xarici İşlər naziri, İlya Darçiaşvili İsrail Dövlətinin yeni təyin olunmuş səfiri, Hadas Ester Meitzad ilə görüşdü.
Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir İsrail səfirini bu vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
“Görüş çərçivəsində iki ölkə arasında əlaqələrin geniş spektri və onların gələcək inkişafı imkanları müzakirə edildi, İsrail və Gürcüstan arasında ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətinə xüsusi diqqət yetirildi.
Bu baxımından Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin cari il mayın 30-da İsrail Dövlətinə səfərinin əhəmiyyəti vurğulandı.
Tərəflər həmçinin bölgədəki çağırışları nəzərdən keçirdilər və ikitərəfli və çoxtərəfli gündəm məsələləri üzrə fəal işi davam etdirməyə hazır olduqlarını təsdiqlədilər”, – Xarici İşlər Nazirliyindəbəyan edirlər.