İlya Darçiaşvili Ermənistan Milli Məclisinin sədri, Alen Simonyanla görüşdü
Xarici İşlər naziri, İlya Darçiaşvili Ermənistan Respublikasının Milli Məclisinin sədri, Alen Simonyanla görüş keçirdi.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərini müzakirə etdilər. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələri dərinləşdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər. Böyük mənası və rolu olan Gürcüstan Parlamenti ilə Ermənistan Respublikası Milli Məclisi arasında əməkdaşlıq xüsusilə qeyd olundu. Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvilinin Yerevana səfərinin əhəmiyyəti vurğulandı. İki ölkə liderləri arasında partnyorluq və dostluq əlaqələri xüsusilə qeyd olundu. Dünyada və bölgədə təhlükəsizlik çağırışlarından danışılaraq, Cənubi Qafqazda sülhün vacibliyi vurğulandı.
Ermənistanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyi qeyd edildi. Tərəflər həmçinin, ikitərəfli əməkdaşlığın gündəliyini – siyasi, iqtisadi, ticarət əlaqələri və gələcək ortaq planları müzakirə etdilər.