İlya Darçiaşvili Brüsselə işgüzar səfər edəcək
İlya Darçiaşvili Brüsselə işgüzar səfər edəcək

Xarici İşlər Naziri İliya Darçiaşvili 11-12 dekabr tarixlərində Brüsselə işgüzar səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, nazir Şərq Tərəfdaşlığı çərçivəsində 2022-2023-cü illərdə əldə edilmiş nəticələr və gələcək perspektivlərin vurğu olunacaq və mövcud əməkdaşlığın müzakirə ediləcəyi, “Şərq Tərəfdaşlığı”nın nazirlər iclasında iştirak edəcək.

Xarici işlər naziri Brüsselə səfəri çərçivəsində avropalı həmkarları və Avropa Komissiyasının nümayəndələri ilə də görüşlər keçirəcək.