İlia Darçiaşvili Belçika Krallığının Xarici İşlər, Avropa İşləri və Xarici Ticarət, Federal Mədəniyyət İnstitutları naziri Haca Lahib ilə görüşüb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili regional səfər çərçivəsində Gürcüstanda olan Belçika Krallığının Xarici İşlər, Avropa İşləri və Xarici Ticarət, Federal Mədəniyyət İnstitutları naziri Haca Lahib ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında sıx əməkdaşlıq və dostluq münasibətlərindən danışılıb.
Onların yaydığı məlumata əsasən, Belçika Krallığının Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, eləcə də ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyi vurğulanıb.
İlia Darçiaşvili həmkarına Gürcüstanın Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək üçün atdığı addımlar barədə ətraflı məlumat verib və ümidvar olduğunu bildirib ki, Gürcüstanın müxtəlif istiqamətlərdə həyata keçirdiyi tərəqqi və islahatlar layiqincə tanınacaq və bu, ölkəyə namizəd statusunun verilməsi ilə bağlı müvafiq qərarda öz əksini tapacaq.
Gürcüstanın Avropaya inteqrasiyası yolunda Avropa İttifaqı Şurasının gələcək sədr ölkəsi kimi Belçikanın dəstəyinin vacibliyi qeyd edilib.