İlya Darçiaşvili Avropa Parlamentinin üzvü, Vitold Yan Vaşikovski ilə görüşşdü
Brüsselə səfər çərçivəsində, Gürcüstan Xarici İşlər naziri, İlya Darçiaşvili Avropa Parlamentinin üzvü, Vitold Yan Vaşikovski ilə görüşşdü. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan ilə Avropa Parlamenti arasında sıx əməkdaşlığı qeyd etdilər və Avropa Parlamentinin Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyini alqışladılar.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Söhbət zamanı Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi perspektivinə də toxunuldu. Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi tərəqqinin tanınması kimi Avropa Şurasının Gürcüstana Avropa perspektivi vermək qərarına xüsusi diqqət yetirildi. Ümid bildirildi ki, Gürcüstan yaxın gələcəkdə namizəd statusunu alacaq və bunda Avropa Parlamenti də müsbət töhfə verəcək. Bölgədəki çağırışlardan danışılarkən, Gürcüstanın işğal olunmuş ərazilərində humanitar və təhlükəsizlik vəziyyətinə və münaqişənin sülh yolu ilə həlli prosesində Avropa İttifaqının mühüm roluna diqqət yetirildi.
Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Gürcüstan nümayəndə heyəti Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 7-ci iclasında iştirak etmək üçün Brüsseldə səfərdədir. Nümayəndə heyətinə hökumətin digər üzvləri ilə birgə, Xarici İşlər naziri İliya Darçiaşvili də daxildir.