İlkin nəticələrə əsasən, Viktor Orbanın partiyası və onun müttəfiqləri səslərin 44,2% ilə Avropa Parlamentində 11 yer qazanıb
İlkin nəticələrə əsasən, Viktor Orbanın partiyası və onun müttəfiqləri səslərin 44,2% ilə Avropa Parlamentində 11 yer qazanıb

 
İlkin nəticələrə əsasən, Viktor Orbanın “Fidesz” partiyası və onun müttəfiqləri səslərin 44,2% ilə Avropa Parlamentində 11 yer qazanıb. İkinci yerdə səslərin 30% ilə Piter Maqiarın “Tisza” partiyası qərarlaşıb, bu da bütün müxalifət partiyalarının topladığı səsləri üstələyir.

Tərəfdarları ilə danışan Orban, nəticələrin Macarıstanın demokratiyasının canlı olduğunu göstərdiyini bildirib.

“Müharibə şəraitində və mürəkkəb döyüşdə biz mühüm qələbələr qazanmışıq” -Orban tərəfdarlarına deyib və nəticələrin onun hökumətinin siyasətinin kursunu təsdiqlədiyini qeyd edib.

Onun rəqibi Piter Maqiar isə qeyd edib ki, bu, sonun başlanğıcıdır və “baş verənlər siyasi sürüşmədir”.