İlkin məlumatlara görə, Kiyev teleqülləsinə endirilən zərbə nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb
İlkin məlumatlara görə, Kiyev teleqülləsinə endirilən zərbə nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb

 
İlkin məlumatlara görə, Kiyev teleqülləsinə endirilən zərbə nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Bu barədə “Unian” agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən yazır. Agentliyin məlumatına görə, hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Mövcud məlumata görə, teleqüllə istiqamətində atılan mərmilərdən biri “Babi Yar” memorial kompleksinin ərazisinə düşüb. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, daha iki raket teleqüllənin transformatoruna və avadanlıqlarına ziyan vurub.

Ukrayna prezidenti Vladimir Zelenski “Twitter” sosial şəbəkəsində insidentə münasibət bildirib.

“Dünyaya müraciət edirəm: Əgər dünya “Babi Yar”-ın ərazisinə bomba düşəndə ​​ susursa, 80 il boyunca “heç vaxt” deməyin nə mənası var? Ən azı beş nəfər həlak olub. Tarix təkrarlanır”-deyə Zelenski yazır.