İlkin məlumata görə, Qudauridəki kanat yolunun əyləc sistemi pozuldu
İlkin məlumata görə, Qudauridəki kanat yolunun əyləc sistemi pozuldu

Qudauridə bir neçə saat bundan əvvəl pozulan kanat yolunun əyləc sistemi pozulmuşdu.

Kanat yolunun inspeksiyası 2017-ci ildə keçirilmişdi.

Şirkətin baş direktoru Sandro Şelianın Birinci Kanala verdiyi məlumata görə, inspeksiya zamanı kanat sistemi yaxşı işləyirdi və müvafiq sertifikatı da var idi.

Şelianın dediyinə görə, bugünki qəzanın səbəbi olaraq, əyləc sisteminin pozulması ehtimal olunur.

Onun dediyinə görə, kanat sistemi hər gün yoxlanışdan keçirilməlidir.

Xatırladaq ki, Qudauridə kanat yolunda baş verən qəza nəticəsində 10 nəfər zərər gördü.

Zərər görənlər arasında hamilə qadın var.