İlkin hesablamalara görə, oktyabrda Gürcüstan iqtisadiyyatı 6,2 faiz artıb
Milli Statistika Xidmətinin ilkin hesablamalarına əsasən, 2023-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 6,2 faiz, 2023-cü ilin on ayının orta tempi isə 6,9 faiz müəyyən edilib.
MSX-nın məlumatına görə, 2023-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət, avtomobil və motosikletlərin təmiri, nəqliyyat və anbar təsərrüfatı kimi sektorlar artıma əhəmiyyətli töhfə verib.
İstehsal və daşınmaz əmlakla bağlı fəaliyyət sahələrində azalma tendensiyası müşahidə olunub.